image-ads_n1karobka_mobile
image-1658819594_din4backend

DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub

image-add-a-heading

Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki