90% hallarda ağız qoxusuna səbəb diş səbəbləridir. Bunlara diş daşı, kariyes, stomatit, periodontit və başqaları daxildir. Bu barədə Gazeta.Ru-ya Avropa Tibb Mərkəzinin (EMM) stomatoloq-terapevti Pavel Pisarev məlumat verib.
“Halitoz (ağız qoxusu) diş kariyesinin, ağız boşluğunun selikli qişasının xəstəliklərinin və keyfiyyətsiz protezlərin ilk əlamətidir. Bu hallarda insanda xoşagəlməz qoxu daim hiss olunur və ağız gigiyena vasitələri qısa müddət ərzində ağız qoxusunun öhdəsindən gəlməyə kömək edir və problemi tam aradan qaldıra bilmir”, – Pisarev izah edib.
Bir qayda olaraq, ağız boşluğunun bu cür xəstəlikləri ilə qoxu çürük olur. Digər qoxular digər patologiyaların inkişafını göstərə bilər.
Mənbə: Gazeta.ru