image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Dövlət Baxçalı: “Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq”

image-728x90px

“Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq”.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Qarabağda təxribat törədən, qardaşlarımızın qanını tökən qatillər türkün əzəmətinə qarşı dura bilməzlər. Qarabağ Azərbaycandır, Qarabağ ata yadigarıdır. Qarabağ türk yurdudur”, – Milliyyətçi Hərəkat Partiyasının sədri vurğulayıb.

“Can qardaşlarımız nə vaxt və harda istəsələr, polad bilək olacağıq eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.

Qarabağda şəhid olan əsgərlər bizimdir. Rəhmət və ehtiramla yad etdiyimiz şəhidlər bizim şəhidlərimizdir. Alınacaq qisas, sorulacaq hesab namusumuza əmanətdir”, – Dövlət Baxçalı qeyd edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki