image-n1karobka_ads
image-123
image-17405599351987735365_1200x630backend

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər – FOTO

image-ad_qayo_720x110px

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

DOĞRU.AZ

image-1740559432505020942_1200x630 image-17405594323689044098_1200x630 image-1740559432267519513_1200x630 image-17405597121169510443_1200x630 image-1740559432800050585_1200x630 image-1740559812237535431_1200x630 image-17405598122193822944_1200x630 image-17405595352208940299_1200x630 image-17405598123611941056_1200x630 image-1740559535177814086_1200x630 image-17405598121499338864_1200x630 image-17405595656107453025_1200x630 image-1740559565393835259_1200x630 image-17405599351987735365_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki