İqtisadiyyat naziri Mikayıl Cabbarov Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Doğru.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, xalqımıza qarşı törədilmiş bu kütləvi qırğın heç vaxt unudulmayacaq.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz antiterror tədbirləri nəticəsində Xocalı rayonunu da separatçılardan tamamilə azad etdi və soyqırımı qurbanlarının qanı yerdə qalmadı. Üçrəngli bayrağımızın qürurla dalğalandığı Xocalıda mühüm quruculuq-bərpa işləri aparılır, firavan gələcəyin və iqtisadi tərəqqinin bünövrəsi qoyulur. Xocalı sakinləri doğma yurdlarına qayıdırlar. Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, – deyə nazir qeyd edib.
DOĞRU.AZ