image-n1karobka_ads
image-123
image-67bf681902e8bd141102b709backend

Livan parlamenti yeni hökumətə etimad göstərib

image-ad_qayo_720x110px

Livan parlamenti baş nazir Navaf Salamın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib, parlamentin bəyanatında deyilir.

“Salam hökuməti parlamentarilərin 95 səsini təmin edərək etimad səsverməsi aldı”, – RİA Novosti parlamentin bəyanatından sitat gətirir.

Baş nazir çıxışı zamanı yeni hökumətin əsas hədəflərini açıqlayıb.

O, iqtisadiyyatda, dövlət institutlarında və məhkəmə sistemində genişmiqyaslı islahatların aparılmasının zəruriliyini, ölkənin suverenliyinin möhkəmləndirilməsinin və Livanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Bundan əvvəl ordu komandiri Cozef Aun Livanın yeni prezidenti seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki