image-2000x150px
image-123
image-ads_atlas
image-darya_dudina_i_ee_otec_aleksandr_dudin-_foto-_radio_sputnik_backend

Dugin qızının ölümündən sonra ilk müraciətini etdi

image-728x90px

Qızının avtomobildə partladılaraq öldürülməsindən sonra rusiyalı politoloq Aleksandr Dugin ilk dəfə ictimaiyyətə müraciət edib.

O, başsağlığına görə hər kəsə təşəkkür edib.

Politoloqun müraciətinin mətnini onun dostu, biznesmen Konstantin Malofeyev “Telegram”da dərc edib.

Dugin qızının ölmünü “qanlı terror” adlandırıb və onun zorakılıq tərəfdarı olmadığını bildirib.

O vurğulayıb ki, Rusiya xalqını belə ağır zərbələr belə sındıra bilməz.

Xatırladaq ki, avqustun 21-nə keçən gecə Moskva vilayətində içərisində Aleksandr Duginin qızı Daryanın olduğu “Land Cruiser Prado” markalı avtomobil partladılıb.

Mənbə: life.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki