image-2000x150px
image-123
image-ads_atlas
image-3a2c1d6b-06e5-3e69-a269-ff55b3c7d1f4_850backend

Dünyada koronavirus qurbanlarının sayı 6,5 milyon nəfəri ötüb

image-728x90px

Dünyada koronavirusdan ölənlərin sayı 6 550 485 nəfərə çatıb.

Son gün ərzində koronavirusdan ən çox ölüm Rusiyada qeydə alınıb. Şimal qonşumuzda daha 96 nəfər COVID-19-un qurbanı olub.

Siyahıda ikinci yerdə 71 ölümlə Yaponiya, 44 ölümlə Cənubi Koreya qərarlaşıb.

Dünyada koronavirusa yoluxanların sayı 623 435 092 nəfər, eyni zamanda COVID-19-dan sağalanların sayı 603 242 707 nəfər təşkil edir.

Son sutkada koronavirusa ən çox yoluxma Tayvanda (43 307), Fransada (37 453), Rusiyada (30 085) qeydə alınıb.

Qeyd edək ki, pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma (98 248 623) və ölüm (1,084,891) ABŞ-da qeydə alınıb. Yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan (44 595 617), üçüncü yerdə Fransa (35 475 260), dördüncü yerdə Braziliya (34 720 437) qərarlaşıb.

Dünyada koronavirusdan ölüm sayı üzrə siyahıda ikinci yerdə Braziliya (686 304), üçüncü yerdə Hindistan (528 673), dördüncü yerdə Rusiya (387 468) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki