image-2000x150px
image-123
image-ads_atlas
image-imagesbackend

Dünyada son həftə qeydə alınan qorxulu koronavirus statistikası

image-728x90px

Dünyada həftə ərzində koronavirusa yeni yoluxma hallarının sayı 3,2 milyon nəfər artıb. Bu, əvvəlki dövrlə müqayisədə 0,7 milyon nəfər artım deməkdir.

Yoluxma halları son 10 həftədən sonra ilk dəfə artıb.

Eyni zamanda, Avropada infeksiyanın yayılma sürəti bir aya yaxındır ki, artır.

Yeddi gün ərzində dünyada 10 minə yaxın insan koronavirusdan həyatını itirib.

Bəzi Avropa ölkələrində xəstəliyin yeni ocaqları qeydə alınır. Belə ki, Almaniyada artıq gün ərzində təxminən 120 min yoluxma qeydə alınıb ki, bu da iyun ayından bu yana maksimum göstəricidir.

Bu, hazırda təkcə Avropa regionunda deyil, həm də dünyada ən yüksək göstəricidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki