image-2000x150px
image-123
image-ads_atlas
image-1646073217_2222backend

Dünyanı bu sual düşündürür – “Əsl Putin hansıdır, onun üzünə nə olub?” VİDEO

image-728x90px

Rusiya prezidentinin 4 oxşarının olması barədə inandırıcı faktlar var…

2011-2012-ci illərdə bütün dünyaya Rusiya prezidenti Vladimir Putinin estetik əməliyyat etdirməsi ilə bağlı xəbərlər yayıldı. O vaxt bütün dünya ictimaiyyətini, dolayısı ilə Rusiya əhalisini bir sual maraqlandırırdı: “Putinin üzünə nə olub?”

“Cənab Botoks”

Bir neçə il öncə məşhur “Daili Maily” Rusiya prezidentinin əvvəlki və hazırkı fotolarından ibarət slayd hazırlayaraq vəziyyəti aydınlaşdırmağa çalışdı. Saytın versiyasına görə Putin ya plastik əməliyyat etdirib və o səbəbdən də üzü bu qədər şişkin və qırmızıdır. İkinci versiyaya görə isə Putin həddindən artıq yataraq üzünün şişməsinə səbəb yarada bilər. Vəziyyət o həddə çatdı ki, onun botoks etdirməsi barədə bütün dünya mətbuatında informasiya dolaşmağa başladı. Mətbuatda Vladimir Putini “Cənab Botoks” adlandırmağa başladılar. 2012-ci ildə Putinin qələbəsi şərəfinə keçirilən 4 mart mitinqindən sonra sosial şəbəkələrdə Putinin botoks etdirməsi barədə inandırıcı rəylər yazıldı.

Lakin plastik əməliyyat versiyası bir qədər inandırıcı görünmədi. Birincisi ona görə ki, estetik əməliyyatdan dərhal sonra efirdə görünmə variantı özünü doğrultmur, çünki belə olduğu təqdirdə əməliyyatın əlamətləri dərhal hiss edilərdi. İkincisi, Putinin son 12 il ərzində şəkilmiş şəkillərinə və video lentlərinə nəzər salsaq görərik ki, o bu illər ərzində bir-iki dəfə yox, dəfələrlə xeyli cavanlaşmış görünüşdə olub. Bu faktlar isə öz növbəsində yeni versiyaların ağıla gəlməsinə səbəb olur.

Onlardan birincisi Putinin müntəzəm olaraq əməliyyatla özünü cavan saxlamasıdır ki, bu az inandırıcıdır, ikinci variant isə onun oxşarının olmasıdır. 2012-ci ildə Rusiyanın informasiya agentlikləri qalmaqallı bir material dərc edirlər. Həmin məlumatda deyilirdi ki, Putinin andiçmə mərasiminə 4 Putin qatılmalı olacaq.

Həqiqi Putin hansıdır?

4 mart mitinqindən sonra isə ağıllarda anlaşılmaz fikirlər qaldı: Televizordakı Putinlə mitinqdəki Putin arasında doğrudan fərq var. Fərqi mitinqdə iştirak edən ruslar da hiss etdi. İnternetdə onun eyni yaşlarda olduğu fərqli fotoşəkilləri yayımlanmağa başladı. Gözlərin fərqli quruluşu, qaşların gözlə məsafəsi, ağız çevrəsinin ölçüsü, yanaqların və burunun fərqi, gicgahının saçla məsafəsi, saç və göz rəngindəki təzadlar heç bir estetik əməliyyatla əldə ediləcək nəticələr deyildi.

Prezidentin yeni fotolarından sonra onun dodaqlarındakı və gözlərindəki fərqlər də aşkar hiss olunmağa başladı. Rusiyanın bir çox bloqqeri onun fotoları ətrafında fikir mübadiləsi yürüdürdülər. Prezidentin gənclik fotolarını paylaşan bloqqerlər onun dodaqlarındakı dolğunluğu ön plana çəkmişdilər. Xalq arasında kəpənək kimi tanınan bu dodaq forması hazırkı Putinin dodaqları ilə eynidir, amma dolğunluq istisna olmaqla. Çünki Rusiyanın hazırkı prezidentinin dodaqları olduqca nazikdir və gənc Putinin dodaqlarından çox fərqlənir.

Putinin gözlərinin rəngi də fotolarda tez-tez fərqli düşür, gah mavi, gah yaşıl, gah dairəvi, gah qıyılmış göz quruluşu. Gerçək Putinin barmaqları normal ölçülərdədir, əyriliyi yoxdur, dərisi zərifdir. Onun klonu hesab edilən oxşarında isə barmaqlar nisbətən kökdür, əl dərisi qabadır. Sanki o ağır fiziki əməklə məşğuldur.

I Pyotrdan Yeltsinə qədər…

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki