image-n1karobka_ads
image-123
image-68946a02ae5ac92f715e327ebackend

Ekspert: Zelenski Tramp üçün risk yarada bilər

image-ad_qayo_720x110px

Pentaqon katibinin müavininin keçmiş köməkçisi Stiven Brayan hesab edir ki, Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlarda ABŞ-ın sabiq prezidenti Donald Tramp üçün risklər yarada bilər.

Doğru.az xəbər verir ki, Brayan bu barədə “Silahlar və Strategiya” nəşrində dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, Tramp Zelenskiyə nəzarət etməli olacaq və bu, asan məsələ deyil: “O, asanlıqla əhəmiyyətli güzəştlərə gedə bilməz”.

Ekspertin fikrincə, Vaşinqtonda Ukrayna ilə bağlı razılaşmanın əldə olunmasına maneə yaradan Zelenskidən qurtulmaq istəyi də mövcuddur.

Brayan həmçinin Ukrayna prezidentinin statusu ilə bağlı “hadisələrin melodramatik inkişafını” da istisna etmir.

Qeyd edək ki, daha əvvəl CNN məlumat vermişdi: Donald Tramp mümkün qədər tez Vladimir Putin və Vladimir Zelenski ilə görüşlərin razılaşdırılmasına çalışır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki