image-2000x150px
image-123
image-ads_atlas
image-8ea72166-5efd-32cf-afd8-14422e0fcc6f_850backend

Ekvadorda meymunçiçəyi xəstəliyinə yoluxanların sayı kəskin artıb

image-728x90px

Ekvadorda daha meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 43 nəfər artaraq 185-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 185 xəstədən 67-si xəstəxanadan buraxılıb, 308 təmasda olan şəxs üçün epidemioloji məhdudiyyət saxlanılıb.

Ekvadorun on altı əyaləti meymunçiçəyi xəstəliyindən təsirlənib. Belə ki, Piçinça, Quayas və Asuay müvafiq olaraq 63, 61 və 19 halla birinci yerdədir.

Səhiyyə Nazirliyi ekvadorluları müəyyən yerlərdə maskalardan istifadə etməyə və simptomlar aşkar edildikdə ən yaxın tibbi mərkəzə müraciət etməyə çağırıb.

Ekvador iyulun 6-da cənub-qərbdəki Quayas əyalətinin paytaxtı Quayakil şəhərində ilk meymunçiçəyi xəstəliyinə yoluxma halını təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki