image-n1karobka_ads
image-123
image-41backend

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi Özbəkistanda keçirilən tədbirdə təmsil olunub

image-ad_qayo_720x110px

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi ECPAT beynəlxaq qeyri hökumət təşkilatının dəvəti və təşkilatçılığı ilə 25-27 sentyabr 2024-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Uşaqların seksual istismarı və cinsi zorakılığına son” mövzusunda seminarda iştirak etmişdir.

Seminarda Azərbaycan, Orta Asiya, Rusiya, Gürcüstan və Ermənistan uşaq hüquqlarının müdafiəsi və uşaq inkişafı üzrə mütəxəssisləri mövzu ətrafında fikir mübadilələri aparmış, ölkələrin təcrübələri öyrənilmişdir. Tədbirdə, həmçinin, sahə üzrə ölkələrarası əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanlar yaradılmışdır. Belə ki, “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İB və Qazaxstanın Kostanay şəhərində fəaliyyət göstərən “Damıtu” İctimai Fondu arasında müqavilə imzalanmışdır. Müqavilənin məqsədi təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq imkanlarının yaradılmasıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki