image-n1karobka_ads
image-123
image-17660479132332414504_1200x630backend

Emin Əmrullayev: Ali təhsil müəssisələri gələcək rəqabətə hazır olmalıdır

image-ad_qayo_720x110px

Gələcək illərin sərt və rəqabətli olacağını, qeyri-müəyyənliklərin mövcud olacağını nəzərə alaraq, ali təhsil müəssisələrinin bu rəqabətə hazır olması vacibdir.

Doğru.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində bildirib.

Nazir vurğulayıb ki, inkişafın əsas təməli rəqabətdir. Memarlıq və inşaat sahəsində təhsil bu sahədə 105 illik tarixə malikdir və ali təhsil müəssisələri artıq dünya miqyasında rəqabət aparır. Azərbaycanın təhsil sistemi qapalı deyil və əməkdaşlıq xüsusilə elm və təhsil sahəsində önəmlidir.

Emin Əmrullayev əlavə edib ki, heç bir ali təhsil müəssisəsi təkbaşına inkişaf edə bilməz. Dövlət dəstəyinin böyük əhəmiyyət daşıdığını qeyd edən nazir, özəl sektorun da bu əməkdaşlığa cəlb edilməsinin zəruriliyini vurğulayıb və ali təhsil müəssisələrinin əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki