image-2000x150px
image-6287e4ef1798d6287e4ef1798e16530731356287e4ef179896287e4ef1798bbackend

Ərdoğan Boris Consonla telefon danışığı aparıb

image-728x90px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Boris Consonla onun vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını və iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.

Bundan əlavə, Türkiyə lideri strateji tərəfdaş və yaxın müttəfiq olan Böyük Britaniya ilə əlaqələrin eyni sağlam düşüncə və uzaqgörənliklə qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını bildirib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki