image-2000x150px
image-123
image-ads_atlas
image-0b6dd9d0dff46ad6f1aeafa91ddccca7backend

Ərdoğan: “Türkiyənin İsrailə səfirinin təyinatı ilə bağlı qərar tezliklə veriləcək”

image-728x90px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Yair Lapid ilə telefon danışığında Türkiyənin Tel-Əvivə səfir təyinatı məsələsinin yaxın vaxtlarda həll olunacağını bildirib.

Danışığın nəticələrini Türkiyə liderinin administrasiyası tviterdə açıqlayıb.

“Prezident Ərdoğan səfirlərin qarşılıqlı təyinatı ilə bağlı bu gün qəbul edilən qərara toxunaraq, yaxın vaxtlarda yeni səfirin təyinatı məsələsi ilə bağlı lazımi addımların atılacağını bildirib”, – deyə məlumatda bildirilir.

Söhbət zamanı Türkiyə ilə İsrail arasında münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan İsrail dövlətinin başçısı İsxak Hersoq və İsrailin Baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Öncə İsrail Baş nazirinin ofisi Türkiyə ilə İsrail arasında tam diplomatik münasibətlərin bərpa olunduğunu elan edib. Daha sonra bu məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təsdiqləyərək Ankaranın Tel-Əvivə səfir təyin etmək qərarına gəldiyini qeyd edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki