image-n1karobka_ads
image-123
image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v62-quality-85backend

Ərdoğan: Zəngəzur dəhlizinin açılması strateji hadisəyə çevrilə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılmasını region üçün strateji və dönüş nöqtəsi hesab edir.

Doğru.az xəbər verir ki, dövlət başçısı bu dəhlizin yalnız Azərbaycanın deyil, həm də Ermənistan, Türkiyə, İran və digər ölkələrin iqtisadi inkişafı üçün böyük fürsət olduğunu bildirib.

“Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, indi iqtisadi inteqrasiyaya daha çevik yanaşır. Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, bizim, İran və digər ölkələr üçün fürsətdir”, – deyə Ərdoğanın sözlərini “RİA Novosti” sitat gətirib.

Türkiyə lideri əlavə edib ki, Ankara bu layihəni təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın bir hissəsi kimi görür.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Moskva Zəngəzur dəhlizi ilə bağlı mövqeyini Tehrana izah edib.

Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan isə Zəngəzur dəhlizinin əvəzinə “Sülh yollarının kəsişməsi” adlı təşəbbüsü gündəmə gətirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki