image-2000x150px
image-123
image-ads_atlas
image-17171671101906459345_1200x630backend

“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans – FOTO

image-728x90px

Mayın 31-də Bakıda “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunub.

Doğru.az xəbər verir ki, konfransın təşkilində məqsəd “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na müvafiq olaraq uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi, erkən uşaqlıq dövründə onların düzgün inkişafı ilə bağlı məlumatlılığının artırılması, müvafiq qurumların koordinasiyasının təmin edilməsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova erkən uşaqlıq dövrünün inkişafının aktual mövzulardan olduğunu qeyd edib. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdıran komitə sədri bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, uşaqların tərbiyəsi istiqamətində keyfiyyətli tibb xidməti, inklüziv təhsilin imkanlarından da danışıb.

Səhiyyə nazirinin müavini İlqar Qasımov vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir. “Bu məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətləri olaraq, reproduktiv sağlamlığın təmin edilməsi, uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, onların sağlam böyüməsinin təmini, tibbi xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması müəyyənləşib”, – deyə nazir müavini əlavə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, nazirliyin fəaliyyət istiqamətlərindən biri də uşaqların uğurlu siyasətin formalaşdırılması, xüsusilə həssas kateqoriyadan olan uşaqların keyfiyyətli sosial təminatının diqqətdə saxlanılmasıdır.

Uşaqların övladlığagötürmə məsələsinin, himayədar ailələrə verilməsinin mərkəzləşdirilmiş və elektron qaydada aparıldığını diqqətə çatdıran V.Nəsirli 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müavinətlərin təsis olunduğunu deyib. Sosial xidmətlərlə bağlı danışan nazir müavini əlavə edib: “Azərbaycanda 2019-cu ilin noyabrından indiyədək 560 uşaq övladlığa götürülüb. Ötən il 15 uşaq himayədar ailəyə verilib”.

Onun sözlərinə görə, nazirliyin tabeliyində müasir standartlar əsasında fəaliyyət göstərən dörd uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Burada 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara yüksək səviyyədə xidmət göstərilir. Cari ilin yanvar-aprel aylarında 9207 uşağa reabilitasiya xidməti göstərilib.

Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva, UNICEF-in Azərbaycan nümayəndəsinin müavini səlahiyyətlərini icra edən Leyla Həsənova, Türkiyə Spastik Uşaqlar Vəqfinin müdiri Turqay Arık və digərləri mövzu ətrafında çıxış edərək öz fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.

Tədbirin gedişində UNICEF-in Avropa və Mərkəzi Asiya (ECARO) regionları üzrə məsləhətçisi Aleksandra Yoviçin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Konfrans “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafi” mövzularında panel müzakirələrlə davam edib. Tədbir iştirakçıları ilə fəal müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin konfrans iştirakçıları üçün təlim günlərinin nəticələrini özündə əks etdirən videoçarx, erkən uşaqlıq dövrünün inkişafı (EUDİ) portalının təqdimatı və bədii hissə nümayiş etdirilib.

Qeyd edək ki, konfransdan əvvəl komitənin təşkilatçılığı ilə mayın 28-30-da Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə respublikamızda təhsil, səhiyyə və sosial sahələrdə uşaqlara xidmət göstərənlər üçün üçgünlük təlimlər keçirilib.

DOĞRU.AZ

image-17171671101971923274_1200x630 image-1717167110296781533_1200x630 image-17171671105207865503_1200x630 image-17171671103079432119_1200x630 image-17171671103785833106_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki