image-2000x150px
image-123
image-ads_atlas
image-3665261backend

Erməni deputat hakimiyyəti hədələdi: “Satqınlar buna görə cavab verəcək”

image-728x90px

Ermənistanın “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan ölkə hakimiyyətini, eləcə də prokuror və hakimləri hədələyib.

Doğru.az xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb.

“Oğlanlar satqın mülkədarın, xainin (Nikol Paşinyanın – red.) göstərişi ilə özünü idarə edən prokuror, müstəntiq və hakimlərinin qanunsuz qərarları nəticəsində 4 ay yarımdır ki, həbsdədirlər”, – deputat sosial şəbəkə hesabında yazıb.

“Geras, Qor, Taron yalnız “demokratik” Ermənistanda siyasi baxışlarına və siyasi fəaliyyətlərinə görə həbs ediliblər. Dəfələrlə demişəm ki, onlar azaddırlar, onları azadlıqdan məhrum edənlərdən daha güclüdürlər.

Gec-tez ədalət zəfər çalacaq və satqınlar, onların marionetləri buna görə cavab verəcəklər”, – İşxan Saqatelyan əlavə edib. (Report)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki