image-2000x150px
image-123
image-ads_atlas
image-059e1334-a728-4112-9bba-a551269112d4_850backend

Erməni əsgər onunla eyni mövqedə xidmət aparan hərbçi yoldaşını güllələyib 

image-728x90px

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində başından güllə yarası alan əsgər hərbçi yoldaşı tərəfindən vurulubmuş.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Məlumata görə, çağırışçı ona təhkim olunmuş “AK-74” avtomatını boşaldarkən onunla eyni mövqedə xidmət edən əsgəri başından vurub.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyindən sonra hərbi qarovul məntəqəsinin döyüş mövqeyi komandirinin köməkçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu həbs edilib.

02:35

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

İlkin məlumata görə, hadisə dünən olub. “N” saylı hərbi hissənin qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində güllə yarası alıb. Hərbçinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki