Doğru.az xəbər verir ki, Yaxın Şərqdəki Erməni Milli Komitəsinin icraçı direktoru Vera Yakubyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni kilsəsinə hücum edərək diktatora çevrilir. Yakubyanın sözlərinə görə, Paşinyan şəxsi hakimiyyətini gücləndirmək üçün böhrandan istifadə edir və fərqli fikirləri yatırır.
Həmçinin, Yakubyan hökumətin Erməni Apostol Kilsəsinə qarşı addımlarını onun təsirini zəiflətmək cəhdi kimi qiymətləndirib. O, iş adamı Samvel Karapetyanın həbsini və enerji şirkətinin milliləşdirilməsini də bu siyasətin bir hissəsi hesab edir.
Rus Pravoslav Kilsəsinin nümayəndəsi Vladimir Leqoidan isə Ermənistan hakimiyyətinin kilsə ilə dövlətin ayrılması prinsipini pozduğunu bildirib və bunun neqativ nəticələrə yol açacağını vurğulayıb.
DOĞRU.AZ