Ukraynanın Sumı şəhərində hava hücumu xəbərdarlığı fonunda üç partlayış baş verib.
Doğru.az xəbər verir ki, bu barədə Obşçestvennoye televiziya kanalı məlumat yayıb. Məlumata görə, əvvəlcə kənd ərazisində bir partlayış, daha sonra isə ardıcıl olaraq daha iki partlayış qeydə alınıb.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin rəsmi onlayn xəritəsinə əsasən, hazırda Sumı ilə yanaşı Çerniqov vilayəti, Xarkov vilayəti, Dnepropetrovsk vilayəti və Odessa vilayəti ərazilərində də hava hücumu təhlükəsi ilə bağlı sirenlər səsləndirilir.
Qeyd edək ki, bundan əvvəl İzmail şəhərində də partlayış baş verdiyi bildirilmişdi.
DOĞRU.AZ

























