image-2000x150px
image-123
image-ads_atlas
image-d610993edb96e325b561ca5e0897df3bbackend

Erməni sahibkarlar etiraz aksiyası keçiriblər – VİDEO

image-728x90px

Ermənistanda iş adamları növbəti dəfə etiraz aksiyası keçiiblər.

Doğru.Az xəbər verir ki, “Petak” ticarət mərkəzində çalışan və ya burada obyektləri olan sahibkarlar səhər saatlarında bir yerə toplanaraq öz haqlarını tələb ediblər.

Onlar Kristafor küçəsinin bir hissəsinin məlum Surmalu faciəsindən sonra nəqliyyatın hərəkətinə bağlanmasından şikayətlənirlər. İndiki durum “Petak” və “Surmalu”ya gedən insan axınını dayandırıb, ticarəti əngəlləyib.

Xatırladaq ki, avqustun 22-də də “Petak”dakı sahibkarlar etiraz aksiyası keçirmişdilər. Onlar “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışdan sonra bəzi bazar və molların təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən bağlanmasına etiraz etmişdilər. Həmin bazarlar arasında “Petak”ın da adı var idi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki