image-ads_n1karobka_mobile
image-6867c46cae5ac9617b3d91e6backend

Ermənistan Apellyasiya Məhkəməsi Karapetyanın həbsini qüvvədə saxladı

image-add-a-heading

Doğru.az xəbər verir ki, Ermənistan Apellyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbsdə qalması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə TASS yerli “24News” portalına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Karapetyanın müdafiə tərəfi apellyasiya şikayətini geri götürüb. Onlar işə baxmalı olan hakim Armen Danielyanın obyektivlik keyfiyyətlərinə malik olmadığını əsas gətiriblər. Buna baxmayaraq, məhkəmə şikayəti baxılmaq üçün qəbul edib və vəsatəti təmin etməyib.

Xatırladaq ki, Samvel Karapetyan İrəvanda saxlanılıb. Onun vəkili Aram Vardevanyan müvəkkilinə qarşı irəli sürülən ittihamları “hüquqi absurd” adlandırıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki