Ermənistanın Artik şəhərinin rəhbərliyi Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidəni söküb başqa yerə köçürməyi planlaşdırır.
Doğru.az xəbər verir ki, bu barədə ölkə parlamentinin “Ermənistan” müxalifət fraksiyasından deputat Mher Melkonyan məlumat verib.
Melkonyan bildirib ki, abidə onilliklər ərzində erməni xalqının faşizmə qarşı mübarizədə iştirakının simvolu olub. Son günlər isə şəhər rəhbərliyinin gizli şəkildə abidəni sökməyə hazırlaşdığı, bunu ictimaiyyətin müzakirəsi və sakinlərin xəbərdarlığı olmadan, eləcə də hüquqi əsas göstərmədən həyata keçirməyə çalışdığı vurğulanır.
Deputat bu addımı Ermənistanın tarixi yaddaşına, Ermənistan-Rusiya müttəfiqliyinə və soydaşların qələbəsinin simvollarına qarşı sistemli hücum kimi qiymətləndirib.
RIA Novosti deputatdan belə sitat gətirib: “Bu, təsadüfi deyil. Bu, bizim tarixi yaddaşımıza, Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinə, soydaşlarımızın qələbəsinin simvollarına qarşı sistemli hücumdur.”
DOĞRU.AZ