image-ads_n1karobka_mobile
image-pasinyanbackend

“Ermənistan Azərbaycan ərazisindən nəqliyyat marşrutları əldə edəcək” – Paşinyan

“Regionda kommunikasiya kanallarının açılması Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq”.

Doğru.Az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən, Ermənistan da Azərbaycan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək və bu, beynəlxalq ticarət yolları üçün yeni imkanlar deməkdir.

“Bu qlobal proqramın həyata keçirilməsi region dövlətləri, eləcə də İran, Türkiyə, Rusiya və Uzaq Şərq ölkələri üçün çox vacibdir”, – Paşinyan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki