image-2000x150px
image-123
image-ads_atlas
image-501ddbac2562c50e55569302ed6405e3backend

Ermənistan yenə “KTMT-dən çıxaq” havasına girdi – Qərbin sifarişi, yoxsa…

image-728x90px

Paşinyanın gizli müttəfiqi olan “Respublika” partiyasının lideri Aram Sərkisyan Putinin “NATO”sundan çıxmağa çağırır, onun fikrincə, bu zaman Qərb ildə 300-400 milyon hərbi yardım edəcək; hərbi analitik: “O halda, Ukraynanın başına gələnləri Ermənistan yaşaya bilər”

Azərbaycanın son “Qisas” əməliyyatından və Laçının boşaldılmasından sonra Ermənistanda anti-Rusiya ab-havası daha da güclənib. “Yeni Müsavat” yazır ki, son bir ayda ölkədə bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinin əleyhinə aksiyalar keçirilib, hətta erməni mediası İrəvandakı Sürməli faciəsinə görə Moskvanı ittiham edən silsilə yazılar dərc edirlər. Bu məqalələrə görə Kreml İrəvana nota vermişdi. Siyasətçilər də tez-tez İrəvanın artıq Moskvadan uzaqlaşmasının vaxtının çatdığını dilə gətirirlər, Kremlin siyasəti əleyhinə çağırışlar edirlər. Bunun davamı olaraq “Respublika” partiyasının rəhbəri Aram Sərkisyan Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmağa çağırıb. Sərkisyan və partiyası Ermənistanın baş naziri Nikol Paşinyanın gizli siyasi müttəfiqləridir.

“Qərbin siyasi, hərbi və iqtisadi təsirini artırmaq üçün KTMT-dən çıxmaq lazımdır, çünki Rusiya hələ də bizə silah satmır, bu təşkilat Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirmir. KTMT-də olmağımız ABŞ və Fransanın birbaşa bəyan etdiyi daha ciddi hərbi yardım almağımıza mane olur. ABŞ və Fransanın dost ölkələrə hərbi dəstəyinin göstəricilərini öyrənəndə əmin olmaq olar ki, KTMT-dən qurtulacağı təqdirdə Qərbin Ermənistana müasir silahlarla hərbi yardımı ildə 350-400 milyon dollar civarında ola bilər” deyə, Sərkisyan “Riskdən qaçmaq daha böyük riskdir” məqaləsində bildirib. Sərkisyanın çağırışında diqqətçəkən məqamlar var. Məsələn, Rusiyanın Ermənistana silah vermədiyini birmənalı şəkildə iddia edərək, KTMT-dən qurtulacağı təqdirdə Qərbin Ermənistana müasir silahlarla hərbi yardımı ildə 350-400 milyon dollar civarında ola biləcəyini deyir. Üstəlik, Ermənistana bu vədi verən dost dövlətlərin adını da çəkir. Mümkündür ki, Rusiya ilə hazırda hibrid müharibə şəraitində olan Qərb Ermənistanın əli ilə KTMT-ni parçalamağa, ən azı belə bir görüntü yaratmağa çalışsın. Bizim mütəxəsisslər necə düşünür, mümkündürmü?

Yada salaq ki, Vətən müharibəsinin ardından öz məğlubiyyətinə “səbəb axtaran”    Ermənistan    anti-Kreml çağırışları fonunda KTMT-dən çıxmağı da gündəmə gətirmişdi. Çünki KTMT faktiki olaraq Rusiyanın partonajlığı altında yaranan və fəaliyyət göstərən qurumdur. Ona Putinin “NATO”su da deyilir. KTMT-dən çıxmaq haqda spekulyasiyalar da Rusiyanın diqqətini cəlb etməyə hesablanmışa ola bilər. Sadəcə, Rusiya bu iddiaları ciddi qəbul etmir. Nəzərə alınmalıdır ki, KTMT-yə üzvlük  Ermənistanın Azərbaycana təsir göstərməsi üçün bir alət idi. Lakin nə müharibə zamanı, nə sonrakı dövrdə İrəvanın KTMT-dən Azərbaycana qarşı istifadə etmək niyyəti alındı. İstisna deyil ki, Ermənistan KTMT ilə yenə də alver etmək niyyətindədir. Çünki qərbyönümlü müxalifətin arzuları kimi meydana çıxan bu iddialar bəzi məqamlarda Paşinyan üçün də əlverişlidir.  Paşinyan ötənlərdə bu məsələ gündəmə gələndə “düşünmürəm ki, Ermənistan KTMT-dən çıxmaq məsələsini nəzərdən keçirəcək. Çoxtərəfli əməkdaşlıq meydançasından başqa, KTMT həmçinin Rusiya ilə münasibətlərimizin vacib meydançasıdır. Biz o cümlədən çalışmalıyıq ki, KTMT bölgəmizdə təhlükəsizliyin təminatında fəal iştirak etsin”, – deyə bildirib. Yəni hökumət başçısı ona yaxın siyasətçilər vasitəsilə imitasiya edə bilər.

hərbi ekspert Ramil Məmmədli Archives » BAYRAQDAR MEDİA

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanda da digər ölkələrdə olduğu kimi, siyasi təşkilatların, fəalların dili ilə müəyyən çağırışlar edərək qarşı tərəfin reaksiyası öyrənilə bilir. Onun sözlərinə görə, erməni siyasətçilərinin ağzından KTMT-dən çıxmaq fikirləri səslənir və Rusiyanın dövlət sisteminin münasibəti yoxlanılır: “Hazırda praktik olaraq Ermənistanın bu blokdan ayrılması real görünmür. Çünki ölkənin hərbi-siyasi vəziyyəti, ordunun silahlanması ilə bağlı layihələr Rusiya adınadır. İki ölkə rəhbərlərinin son görüşlərində Rusiya-Ermənistan arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri də müəyyənləşdirilib, bəzi qərarlar qəbul olunub. Ona görə hərbi blokdan uzaqlaşmaq inandırıcı deyil. Hazırda Ermənistanda rus hərbi bazası mövcuddur, bu həm də hərbi-siyasi strukturdur. Bundan başqa, Qarabağdakı ermənilərin taleyi də Rusiyadan asılıdır. O baxımdan Ermənistanın KTMT-ni tərk etmək, Avrasiya məkanından, müttəfiqlərindən imtinası NATO-nun qucağına düşmək deməkdir. Bu da Ukraynanın başına gələnlərin fərqli formada Ermənistanın başına gəlməsi ilə nəticələnə bilər. Yəni erməni xalqı və siyasi liderləri cəzalandırıla bilər. Odur ki, Paşinyanın belə bir iradə ortaya qoyması, ölkəsini KTMT üzvlüyündən çıxarmaq istəməsi mümkün görünmür. Amma Ermənistanın Qərbə doğru istiqamətlənməsi Azərbaycanın Cənubi Qafqazda manevr imkanlarını genişləndirir və qonşuları ilə əlaqələrini daha da gücləndirir”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Paşinyanın könlündən KTMT-dən ayrılmaq keçir: “Müharibə dövründə də tez-tez bu təşkilatı döyüşlərə müdaxilə etməyə çağırırdı. Hətta Putin açıqlamışdı ki, müharibə Ermənistan ərazisində getmir. Sonralar da Paşinyan bu qurumun fəaliyyətini tənqid etmişdi ki, bizə dəstək olmadılar. Hökumət başçısı bununla demək istəyir ki, Rusiyadan bizə fayda yoxdur, üzü Avropaya getməliyik. Amma ən azı son iki ildə bu, texniki cəhətdən belə mümkün deyil. Çünki KTMT-yə sədrlik iki il Ermənistandadır. Bu səbəbdən 2024-cü ilədək Paşinyan bu təşkilatdan qopa bilməyəcək”. Siyasi şərhçi yada salır ki, Ermənistan sərhədlərini demək olar Rusiya qoruyur: “O halda Paşinyan bu blokdan necə uzaqlaşa bilər? Bəs Gümrüdə yerləşən 102-ci baza, Erebunidəki aviabaza? Faktiki olaraq, Ermənistanın Rusiyadan ciddi şəkildə hərbi asılılığı var. Yəni Paşinyan hakimiyyəti anti-Putin əhval-ruhiyyəsində ola bilər, amma Ermənistanın dövlət olaraq hərbi-siyasi varlığı Moskvanın əlindədir. Hətta nəzəri olaraq təsəvvür edək ki, Ermənistan KTMT-dən çıxdı, onsuz da Paşinyana acıqlı olan Putinin ondan bunun heyfini necə çıxacağını düşünə bilirsinizmi? Bu, Ermənistana olduqca baha başa gələ bilər. Demirəm ki, İrəvana raket zərbələri endiriləcək, amma ermənilərin burnu çox möhkəm şəkildə əzişdirilə bilər. Paşinyan Soros uşağı, qərbpərəst, Makronun dostu ola bilər, Avrointeqrasiya xəttini də götürməsi mümkündür, amma ölkənin sərhədləri, hərbi potensialı Rusiyanın əlindədir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki