Həmin şəxs özünü jurnalist, müxtəlif şöbələrin əməkdaşı kimi təqdim edib.
Ermənistanda müxtəlif vətəndaşlardan dələduzluq yolu ilə əsgərlər üçün nəzərdə tutulan pulları alan 32 yaşlı şəxs tutulub.
Bu barədə Ermnəistnın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, o, 2020-ci il avqustun 1-dən 2021-ci il sentyabrın 4-dək olan müddətdə bir sıra vətəndaşlarla əlaqə saxlayıb. Telefon danışıqları zamanı o, şəxsi real məlumatlarını gizlədib. Nəticədə, bütün dövr ərzində o, hərbi hissələrdə xidmət edən əsgərlər üçün nəzərdə tutulmuş təxminən 11 milyon dram (təxminən 12 min dollar) alıb.
Nəticədə vətəndaşa qarşı Ermənistan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi (dələduzluq), 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndi (çirkli pulların yuyulması) və 178-ci maddənin 2-ci hissəsinin 2-ci bəndi ilə ittiham irəli sürülüb.

























