image-n1karobka_ads
image-123
image-686d236602e8bd671d170faebackend

Ermənistanda iş adamı Karapetyanın azı on şəriki saxlanılıb

Ermənistanda tanınmış iş adamı Samvel Karapetyanın azı on şəriki hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər əsasən Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin əməkdaşlarıdır.

Doğru.az xəbər verir ki, vəkil Lusine Martirosyan bu barədə TASS-a açıqlamasında bildirib. Onun sözlərinə görə, axtarışlar səhər tezdən başlayıb və axtarış aparılan şəxslər dərhal istintaq şöbəsinə aparılıb.

“Vəkillərin, müvəkkillərinin iştirakı ilə keçirilən prosessual hərəkətlərdə iştirakına icazə verilmir. Mən artıq ən azı on nəfərin saxlanıldığını dəqiqləşdirmişəm”, – deyə Martirosyan vurğulayıb.

Digər vəkil Tiqran Ayrapetyan isə müəssisənin üç əməkdaşının saxlanıldığını təsdiqləyib.

Qeyd edək ki, Ermənistan Elektrik Şəbəkələri daha əvvəl yaydığı açıqlamada şirkətin fəaliyyətini normal rejimdə davam etdirdiyini və baş verənlərin iş prosesinə təsir göstərmədiyini bəyan etmişdi. Hazırda istintaq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki