image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20231222_105035_youtubebackend

“Əsərindir Azərbaycan!” klipinin təqdimatı keçirilib – FOTO/VİDEO

image-728x90px

Bu gün Elnarə Rzanın ifasında “Əsərindir Azərbaycan !” klipinin təqdimatı keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edən Elnarə Rza klipin ərsəyə gəlməsində əməyi keçənlərə öz təşəkkürünü bildirib və klipin nümayişi baş tutub. Daha sonra bəstəkar Sevinc Tofiqqızı, polkovnik, Yazıçılar Birliyinin üzvü Məmməd Əliyev çıxış edərək “Əsərindir Azərbaycan !” layihəsi barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, klipin bədii rəhbəri Hikmət Əlisgəndəroğlu, söz yazarı İradə Əlili, bəstəkar Sevinc Tofiqqızı, rejissoru Əlizamin Əzimovdur, operatoru isə Fəzail Kamalovdur. Klipdə Ulu Öndərin xronoloji ardıcıllıqla bütün fəaliyyəti öz əksini tapıb. Klipdə Dağüstü Park, Beynəlxalq Muğam Mərkəzi və Heydər Əliyev Mərkəzində çəkilmiş kadrlar yer alıb.

Klipdə xalqın Ulu Öndərə məhhəbbətinin çatdırılması nümayiş olunur.

DOĞRU.AZ

image-fb_img_1703227651959 image-fb_img_1703227595511 image-fb_img_1703227613242 image-fb_img_1703227672606

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki