image-n1karobka_ads
image-fb_img_1771564955135backend

“Evli kişini sevdim, arvadına QISQANMIRDIM”

Model və müğənni Mujgan Ayxan səsləndirdiyi açıqlama ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, sənətçi keçmiş həyat yoldaşından bir gül üstündə ayrıldığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı başqa bir xanıma gül alıb və o, bunu qəbul edə bilməyib:

“Bir gülə görə boşandım. Həyat yoldaşım başqa bir xanıma gül almışdı və mən bunu qəbul edə bilmədim”.

Sənətçi daha sonra şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraf edib. O bildirib ki, ayrılıqdan sonra evli bir kişini sevib və bunu həyatın ona verdiyi “imtahan” kimi qiymətləndirib:

“O qadını qınadım, təhqir etdim, qarğış etdim. Amma sonra eyni vəziyyəti özüm yaşadım”.

Ayxan həmin şəxsi çox sevdiyini və indiyədək heç kimi onun qədər sevmədiyini düşündüyünü də qeyd edib:

“Onu sevdiyim qədər heç kəsi sevməmişəm. Amma sevgilimi onun həyat yoldaşına qısqanmırdım”.

Açıqlama sosial platformalarda birmənalı qarşılanmayıb. Bir çox istifadəçi sənətçini tənqid edərək ailə dəyərləri ilə bağlı sərt fikirlər səsləndirib. Mövzu ətrafında müzakirələr davam edir.

DOĞRU.AZ 

image-fb_img_1771564955135


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki