image-2000x150px
image-123
image-ads_atlas
image-802ba0b0-a276-36d9-b405-cdc47327512f_850backend

Fatma Yıldırım: “Türk xalqını saxta ittihamlarla zəif düşürmək mümkün deyil”

image-728x90px
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 1915-ci ildə əslində türklər soyqırıma məruz qalıb: “Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu danılmaz həqiqətdir. Bizlərə qarşı tarix boyunca soyqırım törədildiyi halda, uydurma erməni soyqırımının Qərb dövlətləri tərəfindən gündəmdə saxlanılması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur. Amma tarixi saxtalaşdırmaq mümkün deyil!”.

F.Yıldırım əlavə edib ki, Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını illər öncə təklif edib:

“Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu fakt erməni riyakarlığının nümunəsidir. Uydurma “erməni soyqırımı”nın bəzi dövlətlər tərəfindən tanınması türkofobiyanın göstəricisidir. Məqsəd bu uydurma məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır! Böyük türk xalqını bu cür saxta ittihamlarla zəif düşürmək mümkün deyil”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki