image-n1karobka_ads
image-123
image-img-20241112-wa0017backend

Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib – FOTO

image-ad_qayo_720x110px

26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa noyabr ayında ikinci vətəndaş qəbulu keçirib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilən tədbirdə, həmişə olduğu kimi seçicilərlə yanaşı digər rayon və şəhərlərdən gələn vətəndaşlar da iştirak edib. Deputat qəbul iştirakçılarını fərdi qaydada qəbul edərək onların üzləşdikləri problemlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Vətəndaşların müraciəti başlıca olaraq məşğulluq, sosial müdafiə, səhiyyə, məhkəmə qərarlarının icrası, əfv və digər məsələlərlə bağlı olub.

Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll edilib, bir qismi ilə bağlı da zəruri izahatlar verilib. Qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə aidiyyatı üzrə müvafiq icra qurumlarına yaxın vaxtda deputat sorğusu göndəriləcəyi onların diqqətinə çatdırılıb.

DOĞRU.AZ

image-img-20241112-wa0019 image-img-20241112-wa0018 image-img-20241112-wa0005 image-img-20241112-wa0016 image-img-20241112-wa0015

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki