image-2000x150px
image-123
image-ads_atlas
image-8a15092c-ec76-48a9-b9a2-dbe04ffd6051_850backend

Fələstin Prezidenti göstəriş verdi

image-728x90px

Fələstin Prezidenti Mahmud Abbas Ramazan bayramının qeyd edilməməsi barədə göstəriş verib.

Doğru.az xəbər verir ki, buna səbəb İsrailin Qəzzaya hücumu zamanı xeyli sayda şəhidin olmasıdır.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, M.Abbasın verdiyi qərara uyğun olaraq, ölkədə dini ibadətdən başqa heç bir bayram şənliyi olmayacaq və yas səbəbiylə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya etdiyi hücumda 9-u uşaq olmaqla 24 fələstinlinin şəhid olduğunu və yaralı sayının 103-ə yüksəldiyini açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki