Fələstin Administrasiyası İordan çayının qərb sahili və Qəzza zolağında vahid idarəetmə ilə bağlı razılıq əldə etmək üçün səy göstərir.
Bunu Fələstinin xarici işlər üzrə dövlət naziri Varsen Ağabekyan-Şahin deyib.
“Fələstin rəhbərliyi Fələstin sıralarını birləşdirmək və İordan çayının qərb sahili və Qəzza zolağında vahid idarəetmə üçün milli yol xəritəsini razılaşdırmaq üçün böyük səylər göstərməkdə davam edir”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Fələstin həmçinin beynəlxalq ictimaiyyəti Fələstin lideri Mahmud Abbasın Qəzza zolağına səfər edə bilməsi üçün İsrailə təzyiq göstərməyə çağırır.
Daha əvvəl Fələstin səlahiyyətliləri İsrailin geniş miqyaslı əməliyyatı gözlədiklərini söyləmişdilər.
Mənbə RİA Novosti