image-ads_n1karobka_mobile
image-thumbbackend

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla doqquz nəfər xilas edilib

image-add-a-heading

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki