image-ads_n1karobka_mobile
image-1752666763372169522_1200x630backend

Filarmoniya mövsümə yubiley konserti ilə yekun vurdu – FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 2024–2025-ci il konsert mövsümünü simfonik orkestrin yubiley konserti ilə başa vurub.

Doğru.az xəbər verir ki, Filarmoniyanın Yay zalında keçirilən tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 105 illiyinə həsr olunub.

Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Arif Məlikovun piano və orkestr üçün konsertindən fraqmentlər, Fikrət Əmirovun “Şənlik” rəqsi, Qara Qarayevin “Alban rapsodiyası” və Müslüm Maqomayevin “Təntənəli marş”ı səsləndirilib. Sonda Niyazinin “Rast” simfonik muğamı və “Vals” əsəri ifa olunub.

Orkestri Fuad İbrahimov və Mustafa Mehmandarov idarə ediblər. Konsert sonunda çıxış edən Fuad İbrahimov kollektivi təbrik edib. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli orkestrin Azərbaycan musiqisini dünyaya tanıtdığını vurğulayıb.

DOĞRU.AZ

image-1752666763594189123_1200x630 image-17526667636339621059_1200x630 image-17526667631274331385_1200x630 image-17526667636104057401_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki