image-n1karobka_ads
image-123
image-img-20251227-wa0107backend

Film Akademiyasında sertifikat mərasimi keçirildi – FOTO

image-ad_qayo_720x110px

Defne Film Prodüksiyonun nəzdində fəaliyyət göstərən Çoban Ulduzu Film Akademiyasında tələbələr üçün sertifikat təqdimetmə mərasimi keçirilib. Tədbirdə akademiyanın İdarə Heyətinin üzvləri Hasan Arslan və Yalçın Çoban da iştirak ediblər.

Doğru.az xəbər verir ki, mərasim zamanı aktyorluq dərslərini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Bildirilib ki, bu sertifikatlar yalnız akademiyanın öz tələbələri üçün hazırlanıb və onların Çoban Ulduzu Film Akademiyasında aktyorluq təhsili aldıqlarını təsdiqləyir.

Qeyd olunub ki, təqdim edilən sənədlərin hər hansı digər özəl qurumla əlaqəsi yoxdur. Sertifikatlar yalnız Defne Film Prodüksiyon və Çoban Ulduzu Film Akademiyası tərəfindən verilir və tələbələrin akademiya çərçivəsində aktyorluq sahəsində aldıqları təhsilin rəsmi təsdiqi hesab olunur.

DOĞRU.AZ

image-img-20251227-wa0109image-img-20251227-wa0108

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki