image-n1karobka_ads
image-123
image-17169834591334764145_1200x630backend

Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək

image-ad_qayo_720x110px

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində tələbə filmləri kateqoriyaları üzrə qalib gələn layihələrin maliyyələşməsinə start verilib.

Nazirlikdən Doğru.az-a bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-Film” Kinostudiyası istehsalçısı olduğu “Starın hekayəsi”, “Şirin yuxu”, “Tullantılar dünyası”, “Ailə tablosu”, “Biçilmiş don”, “Çağrılmamış qonaq”, “İnam”, “Balıqçı kafesində görüş”, “Dəyişə bilməyən adam”, “Düşmüş mələk”, “Fundament”, “Mühafiz” filmləri tələbələr tərəfindən ərsəyə gətiriləcək.

Qeyd edək ki, tələbə filmləri kateqoriyalarının kuratoru Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov tələbələrin çəkiliş və hazırlıq prosesinə cəlb olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki