Finlandiya polisi Baltik dənizində kabelləri zədələməkdə şübhəli bilinən neft tankeri Eagle S ilə bağlı ilkin araşdırmanı başa çatdırıb, Yle xəbər verir.
Məlumata görə , Finlandiya polisi ibtidai istintaq materiallarını baş prokurorun müavini Yukka Rappellaya verib.
Yada salaq ki, tankerin üç ekipaj üzvü Baltik dənizində telekommunikasiya sistemlərinin işinə mane olmaqda şübhəli bilinir.
Finlandiya hakimiyyəti martın əvvəlində Eagle S gəmisi ilə bağlı həbsi ləğv edib.
DOĞRU.AZ