image-n1karobka_ads
image-123
image-17250212545459729263_1200x630backend

Fövqəladə hallar naziri Ağdaş və Göyçay sakinlərinin müraciətlərini dinləyib – FOTO

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 30-da Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Ağdaş və Göyçay rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşlarla görüşüblər. Görüşə gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

DOĞRU.AZ

image-17250212541922949186_1200x630 image-17250212541729440291_1200x630 image-17250212541539036272_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki