image-n1karobka_ads
image-123
image-68b73d86ae5ac93587353e3ebackend

Fransa Bəşər Əsəd və keçmiş məmurlar barəsində həbs orderi verib

image-ad_qayo_720x110px

Fransa hakimiyyəti Suriyanın keçmiş prezidenti Bəşər Əsədin və daha altı keçmiş yüksək vəzifəli məmurun həbsinə order verib.

Doğru.az xəbər verir ki, France24-ün məlumatına görə, sərəncam 2012-ci ildə Homs şəhərində iki jurnalistin ölümü ilə nəticələnən bombardmanla bağlıdır. Fransız rəsmiləri bu hadisəni insanlığa qarşı potensial cinayət və müharibə cinayəti kimi araşdırır.

Vəkil Klémence Bectar bildirib: “Bu, Fransada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üzrə mühakimə olunmasına yol açan həlledici addımdır.”

Qeyd edilir ki, iyul ayında Fransanın Kassasiya Məhkəməsi Əsədin həbsinə dair orderi ləğv etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki