image-2000x150px
image-123
image-ads_atlas
image-051b08b4-39ff-36e8-a518-9dd74d8830d6_850backend

Fransa Britaniyanın La-Manş boğazını çirkləndirməsindən narahatdır

image-728x90px

La-Manş Böyük Britaniya və Fransa arasında kanalizasiya sularının axıdılması ilə bağlı qalmaqalın episentrinə çevrilib.

Bu barədə Le Figaro məlumat yayıb.

Artıq bununla bağlı bir qrup fransalı deputat Avropa Parlamentinin Ətraf Mühit, Okeanlar və Balıqçılıq üzrə Avropa Komissiyasının üzvü Virginiyus Sinkeviçiusa məktub ünvanlayıb.

“Biz bu ölkə ilə (Böyük Britaniya nəzərdə tutulur – Red) paylaşdığımız dəniz suyunun keyfiyyəti, onunla birlikdə dəniz biomüxtəlifliyi, həmçinin balıqçılıq və qabıqlı balıqlar üçün mənfi nəticələrdən qorxuruq”, məktubda deyilir.

Bundan əvvəl yağan güclü yağışlar Britaniya şəhərlərində kanalizasiya sistemlərinin daşmasına səbəb olmuş, çirkli su La-Manş kanalına və Şimal dənizinə daxil olmuşdu. Bir çox yerli çimərliklər suyun çirklənməsi barədə məlumat verib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki