Fransa Prezidenti Emmanuel Makronun iqamətgahından 3,7 milyon rubl dəyərində bıçaq və çini əşyalar oğurlanıb.
Doğru.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, oğurlanan əşyaların bəziləri milli irs əşyalarıdır. Yelisey Sarayının əməkdaşı isə onlayn hərracda əşyaları satmağa cəhd etdiyinə görə həbs edilib.
Xatırladaq ki, bundan əvvəl iki naməlum şəxs Belçikadakı bir muzeydən Napoleonun üzüyünü oğurlamışdı. Oktyabrın 19-da isə oğrular Luvr Muzeyindən III Napoleonun və həyat yoldaşının kolleksiyasına aid zərgərlik əşyalarını ələ keçirmişdilər.
DOĞRU.AZ




























