image-2000x150px
image-123
image-ads_atlas
image-2020-11-01t150948z_2124777955_rc2fuj96vy9e_rtrmadp_3_france-security-pic_32ratio_900x600-900x600-84222-1backend

Fransa Ukraynada Rusiyaya müqavimət göstərə bilməyəcəyini bəyan edib

image-728x90px

Fransa ordusunun Ukraynada rus qoşunlarına qarşı döyüşmək üçün kifayət qədər təcrübəsi və resursları yoxdur.

Bu barədə Figaro-nun köşə yazarı Renaud Girard bildirib.

“Rusiya əsgərləri hərbi münaqişədə birbaşa iştirak etdikləri üçün müəyyən döyüş hazırlığına malikdirlər. Son on ildə fransız qoşunları yalnız adi sandallarda gəzən islam radikallarına qarşı vuruşublar”, – deyə müəllif yazıb.

Bundan əvvəl fransalı hərbi ekspert polkovnik Mişel Qoya Fransa kontingentinin Ukraynaya göndərilməsinin mümkünlüyünə və məqsədəuyğunluğuna şübhə ilə yanaşdığını bildirib.

O qeyd edib ki, Fransa ümumi qüvvəsi 15 min nəfər olan iki briqada göndərə bilsə belə, onların münaqişənin həllinə töhfəsi minimal olacaq. Qoyanın sözlərinə görə, belə bir kontingentin hazırlanması aylar çəkəcək, onun artilleriya və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi isə xeyli səy tələb edəcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki