image-ads_n1karobka_mobile
image-66acdeb802e8bd5dda608263backend

Fransa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

Fransa Xarici İşlər Nazirliyi Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar öz vətəndaşlarını “mümkün qədər tez” İranı tərk etməyə çağırıb.

“Regionda hərbi eskalasiya riskinin artması ilə əlaqədar olaraq, İrandakı bütün Fransa vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunur”, – RİA Novosti xəbər verir.

Bundan əvvəl Kanadanın xarici işlər naziri Melani Coli Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə etmək qərarından sonra ölkənin bütün vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki