image-n1karobka_ads
image-123
image-6945984e02e8bd7a5c2374ebbackend

Fransada anestezioloq 30 xəstənin zəhərlənməsində günahkar bilinib

image-ad_qayo_720x110px

Fransada anestezioloq Frederik Pesçier 30 xəstəni zəhərləməkdə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Onlardan 12-si ölüb.

Doğru.az xəbər verir ki, “Le Monde” qəzetinin məlumatına görə, prokurorluq iddia edir ki, həkim digər mütəxəssislər tərəfindən müalicə olunarkən xəstələrdə qəsdən ürək dayanmasına və ya ağır qanaxmaya səbəb olub. Pesçier bunu həmkarlarına psixoloji təzyiq göstərmək və “hakimiyyət susuzluğunu” yatırmaq məqsədilə etdiyini bildirib.

Onun qurbanlarının yaşı dörd ilə 89 arasında dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həkimi “tarixin ən təhlükəli cinayətkarlarından biri” adlandırıb. Lakin Pesçier özünü günahkar saymır.

Qeyd olunur ki, noyabr ayında Almaniyanın Axen şəhərində məhkəmə on xəstəni öldürməkdə və 27 nəfəri öldürməyə cəhddə təqsirli bilinən tibb bacısını da ömürlük həbs cəzasına məhkum edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki