Parisdə Marin Le Pen və onun Milli Ralli partiyasının bir sıra üzvlərinə qarşı Avropa Parlamentinin deputatlarının köməkçilərinin uydurma şəkildə işə götürülməsi yolu ilə Avropa Parlamentindən pulların yuyulması işi üzrə məhkəmə prosesi başlayır.
Qeyd olunur ki, ümumi zərər 6,8 milyon avro həcmində qiymətləndirilir.
RİA Novosti-nin vurğuladığı kimi , proses siyasətçiyə 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak hüququ bahasına başa gələ bilər.
Daha əvvəl bildirilmişdi ki, Le Pen gələn il Fransada yeni növbədənkənar qanunvericilik seçkiləri gözləyir.
Sentyabrın 5-də Makron keçmiş Avropa komissarı və keçmiş xarici işlər naziri Mişel Barnieri respublikanın yeni baş naziri təyin edib.
Mənbə RİA Novosti