image-2000x150px
image-123
image-ads_atlas
image-fe82b68a6b959be181be3e86abc62f52backend

Fransada səhiyyə həmkarlar təşkilatları tibb işçilərini nümayişə çağırır

image-728x90px

Fransada FO, CFDT və Unsa səhiyyə həmkarlar təşkilatları bütün tibb işçilərini sentyabrın 27-də nümayişə çağırıb.

Son illər Fransada tibb işçiləri – həkimlər, texniki işçilər xəstəxanalarda dözülməz vəziyyətdən, eləcə də həkim çatışmazlığından şikayətlənir və nümayişlər keçirirlər. Sentyabr nümayişində həmkarlar təşkilatları həkimlərin məvacibi və dövlət xəstəxanalarının işçi heyəti ilə bağlı hökumətlə yeni danışıqlar əldə etmək istəyirlər. Bu məqsədlə həmkarlar təşkilatları sentyabrın 27-ni səfərbərlik günü elan ediblər.

Həmkarlar təşkilatları hökumətin və nazirlərin cavablarının xəstəxana işçilərinin vəziyyətini yaxşılaşdıra bilməyəcəyinə qərar verərək, paralel olaraq Milli Assambleya və Senatın sədrlərinin də onları qəbul etməsini tələb edirlər. Onlar səhiyyədəki vəziyyətin parlamentdə də müzakirə olunmasını istəyirlər.

Xatırladaq ki, son illər Fransa xəstəxanalarında vəziyyətin acınacaqlı olmasından, həkimlərin vəziyyətindən şikayətlər çoxalıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki