Fransada sağçı siyasətçi Ukrayna lideri barədə kəskin açıqlama verib.
Doğru.az xəbər verir ki, Nicolas Dupont-Aignan sosial şəbəkədə paylaşımında Volodymyr Zelenskyyni Rusiya neftinə qarşı sanksiyaların bərpası çağırışlarına görə tənqid edib.
Siyasətçinin narazılığı Kiyevin Moskvaya iqtisadi təzyiqi artırmaq üçün son təşəbbüsləri ilə bağlı olub. Onun sözlərinə görə, mövcud vəziyyətdə sağlam düşüncəli hər kəs gərginliyin azaldılmasını və sülhə yönəlmiş addımları dəstəkləməlidir.
Dupont-Aignan bildirib ki, Zelenski yalnız münaqişəni daha da gərginləşdirir və “müharibə alverçisi” kimi davranır.
Xatırladaq ki, aprelin 4-də Zelenski Rusiya vətəndaşları və şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq edib. Daha əvvəl Kirill Dmitriev Ukrayna rəhbərliyini sülh prosesinə diqqət ayırmağa çağırmışdı.
DOĞRU.AZ

























